Ölkə

"Gülağa Tənha pulları verəndə orada idim..."

21 Oktyabr 2016 12:25
0 Şərh     Baxış: 2 112
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Real MTK"nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə İ.Qasımovun vəkili jurnalistlərlə bağlı vəsatət verib. Bildirib ki, onun müdafiə etdiyi şəxsin əleyhinə mediada materiallar dərc olunur və buna görə də jurnalistlər zala buraxılmasınlar.

Hakim bildirib ki, bununla bağlı qanunvericiliyə uyğun olaraq addım ata bilərlər, hazırkı prosesə isə aidiyyatı yoxdur: "Bu açıq prosesdir, istənilən şəxs iştirak edə bilər".

İlham Qasımovun bacısı oğlu Sahib Cahangirli ifadə verərək deyib ki, 2013-cü ilin fevral ayında "Real MTK"da sədr kimi işə başlayıb:

"2014-cü ildə sakinlərin köçürülməsi ilə məşğul oldum. Bir il sonra mənimlə tikintini həyata keçirəcək şirkət arasında müqavilə bağlandı. Şərt belə idi ki, binalar tikiləndən sonra mənə 10.5 milyon manatlıq ev verəcəkdilər, amma vermədilər. Binəqədi rayon məhkəməsinə müraciət etdik. Məhkəmə qərar verdi ki, 4.5 milyon manat ziyan dəyib. İstintaqda ifadəmi təzyiq altında vermişəm. Kağızda yazılanları oxumamışdım".

S.Cahangirli deyib ki, Gülağa Qəmbərov (Şair Gülağa Tənha) tikinti üçün pul verəndə orada olub və pulların sayılmasında iştirak edib.

Qeyd edək ki, məşhur iş adamı Gülağa Tənha ötən məhkəmə iclasında 19,5 milyon pulu İlham Qasımova verdiyini açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.