Ölkə

"Ev yanırdı, toru cırıb uşaqları çölə atdım" - Qaz sızması evi partlatdı - YENİLƏNİB - VİDEO - FOTO

21 Oktyabr 2016 16:39
2 Şərh     Baxış: 2 582
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:39

Samuxda qaz sızması güclü partlayışa səbəb olub. Partlayış nəticəsində yararsız hala düşən evdə iki nəfər ağır xəsarət alıb.

ARB TV xəbər verir ki, hadisə rayonun Aşağı Ağasıbəyli kəndində qeydə alınıb.

Nəticədə Naçar İsmayılovun bədəninin 65 faizi, onun həyat yoldaşı - 51 yaşlı Zemfira İsmayılovanınsa bədəninin 45 faizi yanıb. Hər iki yaralı ilk olaraq Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Daha sonra isə vəziyyətlərinin ağırlığı nəzərə alınaraq Bakıdakı Respublika Yanıq Mərkəzinə göndəriliblər.

Hadisə zamanı evdə daha 4 nəfər - Naçar İsmayılovun gəlini və 3 azyaşlı nəvəsi olsa da, xoşbəxtlikdən onlar xəsarət almayıblar.

Zərərçəkən: "Elə gördüm ki, yanır. Qızlarım burada yatır, oğlum da yanımda. Yoldaşım da işdə idi. Uşaqları oyatdım ki, durun ev yanır. Toru cırıb uşaqları çölə atdım. Əmimoğlu gəldi uşaqları məhlədən götürdü. Özüm də hələ çıxa bilmədim. Qapını alov qoymurdu açam. Birtəhər özümü çölə atdım".

Hadisənin dəqiq baş vermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Videonu izləmək üçün şəklə klikləyin:

Samuxda partlayış oldu: yaralılar var

---------

09:12

Samuxda yaşayış evində partlayış olub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Aşağı Ağasıbəyli kəndində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü Naçar İsmayılov yaşadığı mənzildə qaz sobasını yandırmaq istəyərkən partlayış baş verib. Nəticədə N. İsmayılov və onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zemfira İsmayılova yanıq xəsarətləri alıblar. Onlar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alan şəxslərə dərhal tibbi yardım göstərilib və onların Bakıda aidiyyəti üzrə xəstəxanaya göndərilməsi nəzərdə tutulur.
Partlayışın evə qaz sızmasından baş verdiyi bildirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.