Ölkə

Məleykə Əsədova: "Uşaqlarım vaxtından əvvəl doğulur, sonra da ölürdülər" - VİDEO

20 Oktyabr 2016 14:51
20 Şərh     Baxış: 9 363
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Məleykə Əsədova qızı Gülərlə birlikdə ATV-də yayımlanan "10-dan sonra" verilişində qonaq olub.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, aktrisa verilişdə aparıcı Yusif Ağayevə mərhum anasından söhbət açıb.

"Mən qızım üçün yaşayıram. Anam dünyasını dəyişəndən sonra sakitləşmirdim. Göz yaşlarım qurumurdu. Bir gün yuxuda gördüm ki, anamı aparırlar qəbrə qoymağa, suyun içərisindədir... Həmin an ona yaxınlaşdım. Dedim ki, ana, qalx buradan, əgər bu dəqiqə qalxmasan, özümü öldürəcəyəm. Anam da dedi ki, Məleykə, sən məni rahat yatmağa qoymursan. O qədər ağlayırdım ki... Qəbirdən durdu, əlini qarın nahiyəmə çəkdi, dedi ki, sənə bir qız övladı verirəm, get, başın ona qarışsın. Onu da deyim ki, mən neçə dəfə hamilə qalırdım. Amma uşaqlar vaxtından əvvəl doğulurdu və ölürdü. Qızım Gülər də vaxtından əvvəl dünyaya gəldi. Qızım Güləri mənə anam yuxusunda verdi. Anam dünyasını dəyişəndə mən hamilə idim", - deyə M.Əsədova deyib.

Verilişdən olan görüntüləri oxuculara təqdim edirik:

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Məleykə

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.