Ölkə

Azərbaycanlı müğənnini sevdiyi qızın atası DÖYÜB

7 Oktyabr 2016 17:27
30 Şərh     Baxış: 13 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Publika.az-ın "Haralısan" layihəsinin budəfəki yazısında Qaxdan bəhs edilib.

Şou-biznesin qaxlı məşhuru müğənni Vüqar Muradov anadan olduğu bölgə barəsində və orada yaşadığı müddətdə başına gələn bir neçə maraqlı hadisələrdən danışıb.

Milli.Az sözügedən açıqlanı təqdim edir:

- Qoy, mən sizə qaxlıların xarakterik xüsusiyyətlərini sadalayım. Qaxlılar dürüst, həddən artıq səmimi, saf olurlar, bu da onlara çox vaxt başağrısı gətirir. Onlarda yalandan kiminsə üzünə gülmək, "xa-xa-xa", "hi-hi-hi" yoxdur. Bizlərə buna görə "quru bəylər" deyirlər. Başımı kəs, xeyri yoxdur, sözü düz üzə şapalaq kimi vuracam. Buna görə biz qaxlıları təkəbbürlü, yekəxana kimi qələmə verirlər. Amma, əslində, tam fərqliyik. Bizlərdə yalan danışan adamı barmaqla göstərib, ona pis adam kimi baxarlar. Biz yola verməyi bacarmırıq. Buna görə də çox adamın məndən zəhləsi gedir.

Qaxla bağlı xatirələrim ən çox uşaqlığımla bağlıdır. 11 yaşım olanda məktəb yoldaşım olan bir qızı sevirdim. Hər gün qızın dalına düşürdüm. Anası xəbər göndərdi ki, qızımdan əl çəkməsən, səni döydürəcəm. Doğrudan da, bir gün atası məni tutub qulaqburması verdi. Yenə də əl çəkmədim, axırda özüm bezdim və başqa qızı sevməyə başladım. İndi o qızlar çoxdan ərə gediblər. Bu yaxınlarda gördüm bir oğlan mənə deyir ki, Vüqu əmi, anam sənnən bir sinifdə oxuyub. Dedim, necə, əmi? Sevdiyim qızların indi mən boyda oğlanları var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.