Ölkə

"Vosmoy"un yollarını tanımayacaqsız - FOTO

1 Oktyabr 2016 10:50
1 Şərh     Baxış: 2 618
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhəri Nizami rayonunda Qara Qarayev prospekti və Rüstəm Rüstəmov küçəsi təmir olunub.

"Azəravtoyol" ASC-dən Milli.Az-a verilən məlumata görə, hər iki yolda dağılmış və qabarmış hissələr mövcud idi. Bu isə öz növbəsində avtonəqliyyat vasitələrinin rahat hərəkətinə maneə yaradırdı. Artıq bu problem tam olaraq aradan qaldırılıb.

Təmir-tikinti işlərinin aparıldığı Qara Qarayev prospekti 6 hərəkət zolaqlı olmaqla uzunluğu 3 km, eni 24 metrdir.

Prospekt boyunca köhnə asfalt örtüyünün üst qatı frezlənərək kənara daşınıb, daha sonra yola yeni asfalt-beton örtük döşənib. Ümumilikdə yolun 72 min kv.m sahəsi asfaltlanıb.
 

Təmir-tikinti işləri çərçivəsində prospektin Nəsimi küçəsi ilə kəsişməsindən başlayaraq Nizami Rayon İcra Hakimiyyətinin qarşısından keçən uzunluğu 715 m, eni 11 m olan, həmçinin Şirin Mirzəyev və Rüstəm Rüstəmov küçələri arasında yerləşən uzunluğu 929 m, eni 15 m olan köməkçi yollarında da təmir işləri aparılıb.
 

Analoji təmir-tikinti işləri Rüstəm Rüstəmov küçəsində də aparılıb. Küçənin uzunluğu 1,9 km, eni isə 28 metrdir. Küçə hər bir istiqamətə 3 olmaqla, 6 hərəkət zolağından ibarətdir.

Qeyd edək ki, həm Qara Qarayev prospekti, həm də Rüstəm Rüstəmov küçəsi avtonəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi ərazidə yerləşməklə mühüm əhəmiyyətə malikdir.

Pünhan Mirzə

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.