Ölkə

Korrupsiyaya görə 171 cinayət işi məhkəmələrə göndərildi

1 Oktyabr 2016 10:55
0 Şərh     Baxış: 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Korrupsiyaya görə 171 cinayət işi tamamlanaraq baxılması üçün müvafiq məhkəmələrə göndərilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycanın baş prokuroru Zakir Qaralovun "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyilir.

Qeyd olunur ki, korrupsiyaya qarşı mübarizənin aparılmasında prokurorluq orqanlarının həyata keçirdiyi fəaliyyətin, yerinə yetirdiyi vəzifə və funksiyaların əhəmiyyəti, görülən işlərin çevikliyi və effektivliyi artıb:

"Belə ki, 1 oktyabr 2015-ci ildən 1 oktyabr 2016-cı ilədək Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş 31 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciətlərlə bağlı Baş İdarədə aparılan araşdırmalar zamanı aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təskilatlara təqdimatlar verilib, həmin təqdimatlara əsasən bir sıra işçilər intizam qaydasında cəzalandırılıb, aşkar edilmiş qanun pozuntularının ara­dan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilib, 271 şəxs barəsində 171 cinayət işi tamamlanaraq baxılması üçün müvafiq məhkəmələrə göndərilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.