Ölkə

Azərbaycan zirehli döyüş maşınının satışına başlayacaq - FOTO

1 Oktyabr 2016 10:01
Baxış: 4 578
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi daha bir zirehli avtomobilin satışına başlanacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, "İldırım" adlanan zirehli döyüş maşınının satışına 2017-ci ildən başlamaq nəzərdə tutulur.

Avtomobil 31 dərəcədə qalxır, 38 dərəcə bucaq altında enir. Çəkisi adi vəziyyətdə 13 ton, döyüş vəziyyətində isə 15,5 tondur.

Döyüş maşını 12 nəfərlik heyətlə hərəkət edir. Döyüş şəraitində tank əleyhinə mina partlayışına davamlıdır.

Zirehli maşın suda hərəkət edir, batarkən özü çıxır, aşarkən yerində düzəlir. Avtomobil 90 km/saat sürəti ilə hərəkət edir. İstənilən vəziyyətdə zərbə dalğasından müdafiə olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.