Ölkə

Qadın idmançılarımızın maraqlı görüntüləri - VİDEO

30 Sentyabr 2016 18:15
1 Şərh     Baxış: 1 821
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son zamanlar azərbaycanlı qadın idmançılar sosial şəbəkələrdə maraqlı videoları ilə diqqət çəkirlər.

Milli.Az aznews.az-a istinadla xanım idmançılarımızın gündəlik həyatından çəkilmiş bəzi videoları, onların maraqlı "tryuk"larını təqdim edir:

Taekvondo üzrə Avropa və dünya çempionu, tanınmış idmançımız Fəridə Əzizova boksda da məharətini göstərir.

Xanımlardan ibarən futbol üzrə milli komandanın üzvü Sevinc Cəfərova məharətini təkcə topla sərgiləmir. Onun məşq zalında etdiyi hərəkətlər, doğrudan da, izləyicilərdə təəccüb doğurur. 

Qadın güləşi üzrə 3 qat olimpiya mükafatçısı, dəfələrlə dünya və Avropa çempionu Mariya Stadnik də maraqlı videoları ilə diqqət çəkir. Onun videoları daha çox ailəsi və övladları ilə bağlı olur. 

Parataekvondo üzrə 3 qat dünya çempionu Aynur Məmmədova məşq zalında bu dəfə ayaqlarını işə salmayıb. O "ştanq" qaldıraraq daha bir hünərini sərgiləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.