Ölkə

"Qızıl Məryəm"in qətlinin sifarişini qızı verib - MƏHKƏMƏ

30 Sentyabr 2016 17:12
3 Şərh     Baxış: 3 803
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasının qətlində təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat EyvazovCeyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Milli.Az APA-ya istinadən bildirir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən qapalı prosesdə təqsirləndirilən C.Əsgərov ifadə verib. 

O, qətili digər təqsirləndirilən G.Hüseynovanın sifarişi ilə törətdiyini bildirib: "Günel mənə pul və maşın vəd etmişdi, lakin o, vədinə əməl etmədi". 
 
Daha sonra məhkəmə iclasında şahidlər dindirilib.
 
Proses oktyabrın 4-də davam edəcək. 
 
Qeyd edək ki, bu ilin yanvarında 1965-ci il təvəllüdlü Nametzadə Məryəm Tofiq qızının yaşadığı mənzilində üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Keçirilmiş əməliyyatla cinayəti mərhumun qızı 1988-ci il təvəllüdlü G.Hüseynova, qohumu (bacısı oğlu), 1998-ci il təvəllüdlü N. Eyvazov və 1997-ci il təvəllüdlü C.Əsgərovun törətdiyi müəyyənləşib.
 
Qətlə yetirilən M. Nametzadə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olub. O, Bakıdakı "Jewellery" zinət əşyaları mağazasının sahibi olub, "Qızıl Məryəm" ləqəbi ilə tanınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.