Ölkə

Nazirlik: "Hələlik biz bu işə yumşaq yanaşırıq"

30 Sentyabr 2016 17:10
0 Şərh     Baxış: 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi tibb işçiləri elə hesab edirlər ki, növbəti sertifikasiyadan 5 il tamam olduqdan sonra keçməlidirlər. Lakin bu, düzgün yanaşma deyil.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin yanında Sertifikasiya Komissiyasının rəhbəri Malik Abbasov bu gün keçirdiyi mətbuat konfransında deyib: "Qanuna görə, onlar 5 il ərzində resertifikasiyadan (təkrar) keçməlidirlər. Misal olaraq, şəxs 2011-ci ildə sertifikasiyadan keçibsə, 0, 5 ilin tamamına 7-8 ay qalmış sənədlərini yenidən verərək sertifikasiyadan keçməlidir. Bəzi hallarda gecikmələr olur. Gecikmə olduqda biz onları artıq imtahana buraxmırıq. Çünki onlar işsiz hesab olunurlar. Faktiki olaraq onlar işdən xaric edilməlidir. Resertifikasiya prosesi yeni olduğuna görə hələlik biz bu işə yumşaq yanaşırıq. Onlar yalnız Səhiyyə Nazirliyindən icazə aldıqdan sonra imtahanlarda iştirak edə bilirlər".

M.Abbadov qeyd edib ki, həm özəl, həm də dövlət müəssisələrində işləyən həkimlər icbari qaydada 5 ildən bir sertifikasiya imtahanlarından keçməlidirlər. Yalnız işsiz həkimlər Bu imtahanlardan könüllü şəkildə keçə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.