Ölkə

"İnter" - "Zirə" oyununda qəribə olay: tor söküldü - VİDEO

30 Sentyabr 2016 16:39
0 Şərh     Baxış: 1 106
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Premyer Liqasının VII turunun "İnter" - "Zirə" matçında kuryoz olay yaşanıb. 

Milli.Az report-a istinadən bildirir ki, meydan sahiblərinin futbolçusu Elnur Abdullayevin zərbəsindən sonra qonaq komandanın qapıçısı Anar Nəzirov zərbəni dəf edib. Bu zaman o, müvazinətini itirib və qapı toruna dəyib. Nəticədə tor qapıçının ağırlığına davam gətirməyərək sökülüb.

Daha sonra "Zirə"nin futbolçuları və baş hakim Fariz Yusifov hadisə yerinə gələrək torun sökülmüş hissələrini bərpa ediblər. Bu zaman oyun bir neçə dəqiqəlik dayanıb.
Qeyd edək ki, hazırda "İnter" 1:0 hesabı ilə qalib gəlir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.