Ölkə

Fərdadan məşhur jurnalistə SƏRT SÖZLƏR: "Gəl ora, səni…" - FOTO

30 Sentyabr 2016 15:33
1 Şərh     Baxış: 2 664
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış jurnalist Vüsal Məmmədovun aktyor Fərda Xudaverdiyevlə bağlı sosial şəbəkədə paylaşdığı status qarşı tərəfi özündən çıxarıb. Hazırda "Niyə" filminin ikinci versiyasını çəkmək üçün Şəkidə olan Fərda qəzəbindən bölgənin tarixi abidəsi olan "Gələsən-görəsən" qalasına çıxaraq od püskürüb.

Milli.Az bildirir ki, publika.az-a açıqlama verən Fərda gözünü yumub, ağzını açıb: "Şəkidə film çəkirik, bu yazını oxuyandan bəri əsəbimdən partlayıram. Təmiz hövsələdən çıxdım. O adamın yazdıqlarını səhər tezdən oxudum. Tanımadığım adam olsaydı, məni yandırmazdı. Tanıdığım insan götürüb ağzına gələni yazıb. Mənə sözün vardı, götürüb, zəng edərdin. Qaldı ki, məni Cem Yılmazı təqlid etməkdə ittihamına, onun cavabını sosial şəbəkə dostlarım necə lazımdı verib. O Vüsal deyilən şəxs yaxşı bilir ki, o vaxt burada mənim bu layihəmə dəstək olan, sahib çıxan tapılmadı. Türklər mənim layihəmə sahib çıxdı, özləri də istədikləri proyekti qurdular. Mənim necə aktyor olduğumu görmək istəyirsənsə, gəl ora - konsertimə, səni narahat edən suallara cavab tap. Oktyabrda bütün kinoteatrlarda "Selfinaz" adlı konsertimin nümayişinə başlanacaq".

Qeyd edək ki, V.Məmmədov sosial şəbəkədə Fərda haqqında status paylaşıb: "Stand-uplarında Cem Yılmazı yamsılaması, onunla eyni mövzulara toxunması, eyni ədada danışmağa çalışması, hətta eyni hərəkətləri eləməyi bir yana, dekorasiyasını da kopiyalayıb... Söhbət Fərdadan getmir. Niyə özümüz ola bilmirik?"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.