Ölkə

MTN-in tutduğu ilahiyyatçı azadlığa buraxıldı

30 Sentyabr 2016 13:42
0 Şərh     Baxış: 1 160
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında saxlanılan və Cinayət Məcəlləsinini 274-cü maddəsi ilə təqsirləndirilən Ceyhun Cəfərov azadlığa buraxılıb.

Milli.Az bildirir ki, bu barədə faktxəbər-ə yaxınları məlumat verib.
 
Xatırladaq ki, "Təkamül" Tərcümə Mərkəzinin rəhbəri hacı Ceyhun Cəfərov 2015-ci ilin mart ayında MTN əməkdaşları tərəfindən saxlanılıb. İlahiyyatçı Ceyhun Cəfərov İslam Universitetində dərs deyib, "Space" telekanalında "Gecə söhbətləri" dini verilişində aparıcı olub. Eyni zamanda "Təkamül" Tərcümə Mərkəzinin direktoru olub, onlarla kitabın tərcüməçiliyini, redaktorluğunu edib. Bu nəşriyyat tərəfindən İslam dinində ən mükəmməl Quran təfsirlərindən olan "əl-Mizan" təfsiri tərcümə olunaraq nəşr olunub. Eyni zamanda C.Cəfərov Həcc ziyarəti zamanı QMİ tərəfindən zəvvar qruplarına rəhbərlik edib, ziyarətin təşkili və düzgün yerinə yetirilməsində zəvvarlara yardım edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.