Ölkə

"Bunun dollar kreditinə nə dəxli var?" - Millət vəkili

30 Sentyabr 2016 13:37
2 Şərh     Baxış: 1 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kimsə toy edibsə, mebel alıbsa, bunun dollar kreditinə nə dəxli var? Buna görə də əhali ömrü boyu banklara borclu qalır.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, bunu millət vəkili Əli Məsimli parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, vaxtında bu problem həll olmasa, dövlətin xərcləri artacaq, banklar çökəcək və əhalinin narazılığı daha da artacaq: "Mən başa düşmürəm ki, mebel niyə dollarla alınmalıdır? Ona görə ki, banklar bu sahədə manipulyasiya edib adamları aldadıblar. Dünyanın heç bir yerində bankların belə soyğunçuluğu yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.