Ölkə

Valideynlərin narazı olduğu məsələni deputatlar müzakirə etdilər

30 Sentyabr 2016 13:19
0 Şərh     Baxış: 1 150
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda tələbələrə kreditlərin ayrılması ilə bağlı problemlər mövcuddur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib.

YAP-çı deputat deyib ki, bir müddət əvvəl Azərbaycanda Tələbə Kredit Fondu yaradılsa da, ancaq təəssüflər olsun ki, bu quruma cəmi 11 universitet üzv olub: "Bu da müəyyən problemlər yaradır. Bu sahədə problemlər tam həllini tapmayıb. Valideynlər narazılıq edirlər, universitetlərin bir hissəsi Tələbə Kredit Fonduna üzv olmayıb. Düşünürəm ki, tələbələrin bu problemi həll edilməlidir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.