Ölkə

Bu təşkilat qısa müddətdə dünyada səs saldı - FOTO

30 Sentyabr 2016 13:28
Baxış: 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xəbər verir ki, bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılmasından 4 il keçir. Böyük şairin ideyalarına söykənərək xalqlar və mədəniyyətlər arasında dialoq, tolerantlıq, anlaşmanı təbliğ etmək məqsədilə yaradılan təşkilat ötən qısa müddət ərzində bu istiqamətdə müxtəlif layihələr həyata keçirib, müəyyən uğurlar qazana bilib.

Mərkəz 4 il ərzində dünyanın ən nüfuzlu siyasətçiləri, dövlət xadimləri, elm adamlarının iştirakı ilə Bakıda 4 Qlobal Forum, onlarla ali səviyyəli beynəlxalq görüş və müzakirələr təşkil edib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi - Azərbaycan elm və mədəniyyətinin görkəmli nümayəndəsi, dahi şair, mütəfəkkir Nizami Gəncəvinin irsinin araşdırılması və onun dünyada təbliğ olunması məqsədi ilə fəaliyyət göstərən beynəlxalq, qeyri-kommersiya və qeyri-siyasi beynəlxalq təşkilatdır.

Mərkəz Prezident İlham Əliyevin 23 dekabr 2011-ci il Sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirlərinin keçirilməsi çərçivəsində 30 sentyabr 2012-ci il tarixində şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilib. NGBM Azərbaycanda təsis olunmasına baxmayaraq, qərarverici qurumu dünyanın nüfuzlu ictimai və siyasi xadimlərindən təşkil olunmuş Beynəlxalq İdarə heyətidir.

Mərkəzin əsas məqsədi müxtəlif xalqlar və mədəniyyətlərarasında dialoq, tolerantlıq və anlaşmanın təbliğ olunaraq Nizami Gəncəvinin əsərlərində təbliğ etdiyi ümumbəşəri dəyərlərin daha geniş miqyasda dünyaya təbliğ olunmasıdır.

NGBM müxtəlif hökumətlər, hökumətlərarası təşkilatlar və ictimai təşkilatlarla müxtəlif mövzularda sıx əməkdaşlıq edir.

Mərkəzin baş ofisi Bakı şəhərində yerləşməsinə baxmayaraq fəaliyyəti müxtəlif ölkələri əhatə etməkdədir. Hal-hazırda Mərkəzin Həmsədrləri Latviyanın sabiq Prezidenti xanım Vaira Vike-Freiberga və İsgəndəriyyə Kitabxanasının direktoru cənab İsmail Seragəldindir.

İlkin İzzət
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.