Ölkə

Komandir toyda keçindi - Getməmişdən öncə öləcəyini yaxınlarına deyib

30 Sentyabr 2016 10:43
10 Şərh     Baxış: 4 256
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qarabağ savaşının əfsanəvi komandirlərindən biri Mobil Yusifov vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, M.Yusifov ötən gün Bakıda şadlıq evlərinin birində keçirilən toy mərasimində iştirak edib. Elə toy zamanı foyedə oturan komandir dünyasını dəyişib.

Bizimyol.info yazır ki, maraqlısı ondadır ki, dünyasını dəyişən şəxs öləcəyini toya gəlməmişdən əvvəl yaxınlarına söyləyib. Ona məclisə qatılmamağı məsləhət görüblər, lakin buna məhəl qoymayıb.

Qeyd edək ki, M. Yusifov Qarabağ savaşında 814 saylı Füzuli özünümüdafiə batalyonunun komandiri olub.

Mobil Yusifov 13 dekabr 1955-ci ildə Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. 1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 2014-cü ildə Silahlı Qüvvələrdən ehtiyata tərxis olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.