Ölkə

Ucarda avtomobil üç nəfəri vurdu

29 Sentyabr 2016 18:20
2 Şərh     Baxış: 1 410
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ucarda piyadaların xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Mill.Az xəbər verir ki, APA-nın xəbərinə görə, hadisə Ucar-Zərdab yolunun Ucar rayonunun Xalac kəndindən keçən hissəsində qeydə alınıb. Zərdab rayon sakini Zülfüqar Həsən oğlu Kərimov idarə etdiyi "VAZ-2106" markalı minik maşını ilə hərəkətdə olarkən yol kənarında olan Xalac kənd sakinləri, 32 yaşlı Səbuhi Adil oğlu Qənbərovu, 38 yaşlı Akif Musa oğlu Məmmədovu və Mingəçevir səhər sakini, 33 yaşlı Şirin Zabit oğlu Axundovu vurub.

Xəsarət alan hər üç şəxs Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri nisbətən ağır olan Ş.Axundov və S.Qənbərov Göyçay Mərkəzi Rayon Xəstəxanasına göndəriliblər.

İlkin ehtimala görə, hadisəyə  havanın yağıntılı olması səbəb olub.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.