Ölkə

Ümrə ziyarətinin başlanacağı tarix açıqlandı

29 Sentyabr 2016 17:41
1 Şərh     Baxış: 1 090
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zəvvarlar ümrə ziyarətinə noyabr ayından sonra gedə biləcəklər.

Milli.Az bildirir ki, bu barədə report-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib.

O xatırladıb ki, Ümrə ziyarəti Həcc ziyarəti prosesi tamamilə yekunlaşdıqdan sonra həyata keçirilir.
H.Babayevin sözlərinə görə, Azərbaycandan zəvvarların Ümrə ziyarətinə getməsi üçün 10-15 nəfərlik qrupun formalaşması lazımdır: "Azərbaycanlı zəvvarlar Ümrə ziyarətinə bir o qədər də maraq göstərmirlər.

Hər ay təqribən 10-15 nəfər bu ziyarətə gedir. Ümrə ziyarətinin qiyməti 1 500 - 2 000 dollar arasında dəyişir. Bu ziyarətə gedənlər Bakı-İstanbul-Ciddə reysi ilə gedirlər. Ümrə ziyarəti 9-10 gün çəkir. Bu ziyarətin sonunda zəvvarlar hacı adlandırılmır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.