Ölkə

Göydələndən düşən daş evi dağıtdı - VİDEO

29 Sentyabr 2016 16:37
1 Şərh     Baxış: 2 505
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xırdalan şəhəri, Əzizbəyov küçəsi 19 ünvanında yerləşən hündürmərtəbəli binalardan birində inanılmaz hadisə baş verib.

Milli.Az bildirir ki, bu barədə zərərçəkən Yaşar Yusifov millətinsəsi.az-a danışıb. Onun sözlərinə görə, qonşuluqda inşa edilən göydələndən düşən daş parçası evin damını, sonra isə tavanı parçalayaraq qonaq otağına düşüb.

Xoşbəxtlikdən hadisə zamanı evdə heç kim olmayıb, lakin evə ciddi ziyan dəyib.
 
Y.Yusifov dəymiş ziyanın ödənilməsi və bir də belə bir halın təkrarlanmaması üçün tikinti rəhbərliyinə üz tutub. Lakin binanın mühafizəçisi nəinki onu içəri buraxıb, heç rəhbərliyin adını belə deməyib.
 
Araşdırmalar zamanı binanın Kəpəz-M MMC tərəfindən inşa edildiyi məlum olub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Göydələndən düşən daş evi dağıtdı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.