Ölkə

"Qonşunun atını yeyib" - Canavarlar kəndə hücüm etdi - YENİLƏNİB - VİDEO - FOTO

29 Sentyabr 2016 16:37
4 Şərh     Baxış: 2 669
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:37

Tovuzda canavarlar kəndə hücum edib.

ARB Kəpəz xəbər verir ki, bu gecə Aşağı Mülkülü kəndində yırtıcılar Vahid Məmmədrzayevin həyətinə daxil olaraq 15-dən artıq xırdabuynuzlu heyvanı məhv edib.

Səs-küyə həyətə çıxan ev sahibi bir neçə heyvanın parçalandığını, bir neçəsinin əkin sahələrinə doğru aparıldığını görüb.

Kənd sakini - "Canavarı özüm risk edib qovaladım. Yoldaşımı özüm oyandırmadım ki, nasazdır, qorxar. Dedilər bəs qorxmursan canavar səni yeyər? Dedim ki, bəs nə edim, risk edib getdim".

Kənd sakini - "1 ayın içində qonşunun həyətində atını yeyib. Yuxarıda ferma var. Orada da heyvan saxlayırlar. Orada da bir at bir mal-qara yeyib".

Son bir ayda canavarlar Aşağı Mülkülüdə 2 at və 1 baş inəyi də parçalayıb.

----------

15:34

Tovuz rayonunda fərdi təsərrüfat canavar hücumuna məruz qalıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Aşağı Mülkülü kəndində qeydə alınıb. Gecə saatlarında səs-küyə çıxan təsərrüfat sahibi Vahid Məmmədrzayev 15 xırdabuynuzlu heyvanın canavarlar tərəfindən parçalandığını görüb.

Parçalanmış heyvanlardan bir neçəsi həyətdə, digərləri isə yaxınlıqdakı əkin sahəsində aşkarlanıb.
 
Kənd sakinləri canavarların tez-tez kəndə hücum etdiyini bildiriblər. Bir neçə gün əvvəl yırtıcılar 2 at və 1 iribuynuzlu heyvanı da parçalayıblar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Tovuzda canavarlar kəndə hücum etdi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.