Ölkə

10-dan çox rayon və şəhər müəllimlərinin əmək haqları artırılacaq

29 Sentyabr 2016 14:39
Baxış: 1 932
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gələn il Azərbaycanda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək rayon və şəhərlərin sayı artırılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, 2017-ci ilin dövlət büdcəsində bunun üçün vəsait nəzərdə tutulub.

Müəllimlik peşəsinin ictimai nüfuzunun yüksəldilməsi, daha bilikli insanların bu peşəni seçməsinə stimul yaradılması, müəllimlərin həftəlik dərs yükünün optimallaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikasında, Bakı şəhərində və respublikanın 12 şəhər və rayonunda (Gəncə, Sumqayıt, Şirvan, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad, Saatlı, Qubadlı, Sabirabad) müəllimlərin diaqnostik qiymətləndirilməsi həyata keçirilib. Həmin tədbirin tətbiqi hesabına dövlət orta məktəblərində çalışan müəllimlərin həftəlik dərs yükü norması 12 saatdan 18 saata qədər çatdırılaraq onların aylıq vəzifə maaşları 2 dəfə artrırılıb.

2017-ci ildə isə Naxçıvan MR-da, habelə respublikanın 26 rayon və şəhərində dövlət orta məktəblərində çalışan müaəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələrinə əlavə 80 milyon manat proznozlaşdırılıb. Növbəti mərhələdə respublikanın qalan 26 şəhər və rayonunda bu prosesin davam etdirilməsi nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.