Ölkə

Azərbaycan radara düşməyən yeni nəsil pilotsuz uçuş aparatlarını nümayiş etdirir - FOTO

29 Sentyabr 2016 12:43
0 Şərh     Baxış: 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) "ADEX 2016" beynəlxalq müdafiə sərgisində yeni nəsil pilotsuz uçuş aparatlarını nümayiş etdirir.

Milli.Az bildirir ki, MSN-in sərgidəki stendindən APA-ya verilən məlumata görə, bunlar "Orbiter 3" və "Orbiter 4" pilotsuz uçuş aparatlarıdır.
 
Bildirilib ki, bundan əvvəl istehsal olunan "Orbiter 2" 5 saat və "Aerostar" 12 saat müddətində havada qala bilirdisə, "Orbiter 3" 6 saat, "Orbiter 4" isə 24 saat havada qalmaq imkanına malikdir.
 
"Orbiter 4" pilotsuz uçuş aparatının bir qanadından digər qanadına qədər olan uzunluğu 5,4 m, çəkisi 50 kq, yük götürmə qabiliyyəti 12 kq, maksimal sürəti 70 kts-dir.
 
"Orbiter 4" 150 km məsafəyə kimi gedib qayıda bilir.
 
"Orbiter 3" və "Orbiter 4" pilotsuz uçuş aparatları radara düşmür.  

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.