Ölkə

Bakıda yağışdan sonra tıxacın səbəbləri

29 Sentyabr 2016 09:49
7 Şərh     Baxış: 2 682
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xəbər verir ki, yol-nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Bakıda güclü yağışlar yağan zaman yaranan tixacın səbəblərini açıqlayıb. Onun fikrincə, bunun əsasən 2 görünən və 2 görünməyən səbəbi var:

"Görünən əsas səbəblər sırasında belə şəraitdə sürücülərin yol hərəkəti qaydalarına əməl etməmələrini və yollarda yaranan gölməçələrin nəqliyyat vasitələrinin intensivliyinin azaltmasını göstərə bilərəm. Bu sıranı, təbii ki, artırmaq da olar. Görünməyən səbəblər arasında isə Bakı yollarında drenaj sistemlərinin zəif işləməsi, ya da heç olmamasını və bu kimi vəziyyətlərə hazırlıq baxımından müvafiq strukturlar arasında işlərin əlaqəli şəkildə aparılmamasını göstərə bilərəm".

Qeyd edək ki, sentyabrın 28-də gün boyu yağan və axşam saatlarından başlayaraq güclənib 29-dək davam edən yağışdan sonra paytaxtın bəzi yollarında nəqliyyatın hərəkəti iflic vəsiyyətinə düşüb, bəzi yerlərdə avtomobillər 2-3 saat ərzində tıxacda ilişib qalıb.

Pünhan Mirzə

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.