Ölkə

Deputat: "Referendum Azərbaycanın yeni mərhələyə keçməsi üçün zəruri idi"

28 Sentyabr 2016 18:00
Baxış: 1 337
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 26-da Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendum Azərbaycanın keyfiyyət etibarı ilə yeni bir mərhələyə keçməsi üçün çox zəruri olan addım idi.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, referendum çox şəffaf keçirildi və Azərbaycan xalqının iradəsini tam ifadə etdi: "Beynəlxalq ictimaiyyət də bir daha gördü ki, Azərbaycanda seçkilər demokratik və şəffaf şəraitdə keçirilir və seçkilər xalqın iradəsini əks etdirir".

B.Əliyev qeyd edib ki, referendum Azərbaycanın xarici ölkələrdə olan səfirliklərində də yüksək səviyyədə təşkil olunmuşdu: "Mən Qazaxıstanda Azərbaycan səfirliyində səs verdim, səfirlikdə referendum çox yaxşı təşkil olunmuşdu. Səsvermə hüququna malik vətəndaşlarımız fəal şəkildə səsvermədə iştirak etdilər".

Deputat əlavə edib ki, Azərbaycanda keçirilən referendum İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin parlament üzvlərinin nümayəndələrinin iştirakı ilə Qazaxıstanda keçirilən forum iştirakçıları tərəfindən də yüksək qiymətləndirilib: "Forum çərçivəsində fasilələr zamanı digər ölkələrdən olan həmkarlarımızla referendum haqqında fikir mübadiləsi apardıq. Onlar referendumun Azərbaycan xalqının böyük dəstəyi ilə, şəffaf və obyektiv keçirildiyini bildirdilər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.