Ölkə

Oğlu qətl törədən məktəb direktoru işdən çıxarıldı

28 Sentyabr 2016 17:04
2 Şərh     Baxış: 3 567
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhəri, Xətai rayonunda yerləşən 191 saylı orta məktəbin direktoru Rəhimə Əliyeva işdən çıxarılıb.

Milli.Az report-a istinadən bildirir ki, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Qeyd edək ki, R.Əliyeva 2015-ci ilin iyul ayında keçmiş arvadını öldürərək yandıran şəxsin anasıdır. Belə ki, paytaxtın Xətai rayonunda qətlə yetiriləndən sonra Xızıda yandırılan 1981-ci il təvəllüdlü Natəvan Əliyeva 191 saylı orta məktəbin direktoru Əliyeva Rəhimə İsmayıl qızının həm gəlini, həm də qardaşı qızıdır.

N.Əliyeva keçmiş həyat yoldaşı, məktəb direktorunun oğlu - 34 yaşlı Əliyev Samir Səməndər oğlu tərəfindən qətlə yetirilərək yandırılıb.

Xatırladaq ki, keçən il iyulun 6-da Bakı-Quba yolunun 55-ci kilometrliyində, yolun sağ hərəkət hissəsində yandırılmış naməlum qadın meyiti tapılıb. Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində naməlum qadının şəxsiyyəti müəyyənləşdirilib.

Meyitin 1981-ci il təvəllüdlü Bakı sakini Natəvan Əliyevaya məxsus olduğu bəlli olub. N.Əliyeva Bakıda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib. O, üç uşaq anası olub.
Faktla bağlı cinayət işi başlanıb, qətli törədən şəxs həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.