Ölkə

Vahid Mustafayev ANS-çiləri bir yerə yığdı - Yeni işə başlayırlar

28 Sentyabr 2016 16:30
13 Şərh     Baxış: 15 236
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bir neçə gün öncə keçmiş işçiləriylə görüşüb

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Mustafayev əməkdaşlarına telekanalın bir daha açılmayacağını və "Bakıfilm" studiyasıyla işlərinə davam edə biləcəklərini söyləyib. Yəni, film sahəsindən anlayışı olan əməkdaşlar "Bakıfilm"ə dəvət olunub. Ancaq bir çox əməkdaşları onun bu təklifindən imtina ediblər. Bəziləri isə Mustafayevin təklifinə "hə" deyiblər.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) "ANS Müstəqil Yayım və Media" Şirkətinin fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə məhkəmə iddiasına bir neçə instansiyada baxılıb və telekanalın lisenziyası ləğv edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.