Ölkə

Xalq artisti Bakıda 40 manatlıq qayda pozuntusu törətdi - VİDEO

28 Sentyabr 2016 14:58
6 Şərh     Baxış: 3 319
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın xalq artisti, xanəndə Gülyaz Məmmədova Bülbül prospektindən ("Sahil" metro stansiyasının yanından) sağa - Zərifə Əliyeva küçəsinə dönərkən qayda pozub.

Milli.Az bildirir ki, qayda pozuntusu avtosfer.az-ın əməkdaşının avtomobilində quraşdırdığı videoqeydiyyat qurğusuna qeyd olunub. Belə ki, xalq artisti idarə etdiyi "Lexus" markalı, 90 FT 181 dövlət nömrə nişanlı avtomobillə sağa dönərkən 3-cü zolaqdan sağa manevr edib. Bununla da, o, "Yol hərəkəti haqqında" Qanunun 42-ci maddəsinin 7-ci hissəsinin tələbini pozub. Həmin maddədə göstərilir ki, sağa dönən nəqliyyat vasitələri sağ zolaqla manevr edərək dönəcəyi yolun sağ zolağına keçməlidir. Bu qayda pozuntusuna görə, müğənni Gülyaz Məmmədovanı İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə gözləyir.
Xalq artistinə tövsiyəmiz budur ki, yolda belə manevr etməklə digər nəqliyyat vasiətlərinə mane olmasın və sənətini təbliğ etdiyi kimi, qayda pozmadan sürücü kimi cəmiyyətə nümunə olsun!

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Xalq artisti Bakıda 40 manatlıq qayda pozuntusu törətdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.