Ölkə

Nəsib Röyanın "sərxoş" olduğu verilişdən danışdı - FOTO

28 Sentyabr 2016 14:08
10 Şərh     Baxış: 14 747
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Nəsib Nur Röya Ayxanın "Nəsib olsa" verilişinə içkili çıxması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az bildirir ki, aparıcı teleqraf.com-a açıqlamasında Röya Ayxanın içkili olmadığını və obrazına uyğun hərəkət etdiyini deyib: "Verilişimiz ajiotaja səbəb oldu, deməli, alındı. Televiziyanın öz özəllikləri var. Partlayışa səbəb olacaq nə isə etməlisən. Röya sevilən ifaçıdır, peşəkar aktrisadır. Sərxoş bir insan necə hərəkət edə, pilləkəndən düşə bilər? Röya qoyulan missiyanı layiqincə yerinə yetirdi, sağ olsun. Sizə söz verirəm ki, noyabrda Röyanı konsert öncəsi tamam başqa formada görəcəksiniz.
 
Növbəti proqramlarımızda da maraqlı qonaqlarımız olacaq".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.