Ölkə

Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqlarda nevroloji patologiyalar artıb

28 Sentyabr 2016 13:34
3 Şərh     Baxış: 2 400
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bütün dünyada olduğu kimi, Azərbaycanda  qeysəriyyə əməliyyatı ilə anadan olan uşaqlarda nevroloji patologiyalar  artıb".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Bakı Sağlamlıq Mərkəzinin direktor  müavini Cəmilə Ağazadə bildirib.

C. Ağazadə deyib ki, son illər ölkədə qeysəriyyə  əməliyyatlarının sayı azalıb. Onun sözlərinə görə, təkcə Azərbaycanda  yox, bütün dünyada qeysəriyyə əməliyyatlarının sayının artmasına qarşı tədbirlər görülür. O vurğulayıb ki, hamiləlik gedişatının izlənməsi, hamilələrə qulluğun normal aparılması qeysəriyyə kəsiyi əməliyyatlarının sayının azalması ilə nəticələnib: "Mərkəzdə ana və uşaq  sağlamlığı diqqət mərkəzində saxlanılır. Mərkəzdə ana və uşaq ölümü  0%-dir. Ağır patologiyası olan xəstələr də tam sağlam şəkildə evə yazılıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.