Ölkə

Tanınmış ekspert bəzi sürücüləri meymuna və itə bənzətdi

28 Sentyabr 2016 13:33
4 Şərh     Baxış: 1 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün səhər tezdən təxminən 7.15-də bir-birindən təxminən 300 metr məsafədə 2 yol-nəqliyyat hadisəsi gördüm.

Milli.Az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləsi üzrə tanınmış ekspert Ərşad Hüseynov bildirib.

Ə.Hüseynovun fikrincə, hadisələrin baş verməsində məhz sürücülər günahkar olublar:

"Əminəm ki, hər ikisinin səbəbkarı yol şəraitini nəzərə almadan meymunluq edən sürücülər idi. Bəziləri səhər tezdən yola elə çıxır ki, elə bil 1 ay zəncirdə qalan köpəyi yenicə açıb buraxıblar. Belə təfəkkürdən uzaq sürücüləri yollardan təmizləmədən hər hansı təhlükəsizlik mümkün deyil. Çünki yol şəraiti nə qədər mürəkkəb, çətin, hətta bərbad olsa da, yolda ən ciddi təhlükə yenə də intizamsız hərəkət iştirakçısıdır".

Yusif Nəsirli

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.