Ölkə

Kartof sahəsində narkotik becərən şəxs saxlanılıb - VİDEO - FOTO

28 Sentyabr 2016 10:05
0 Şərh     Baxış: 1 036
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Saatlı rayonunda polis tərəfindən həyata keçirilən əməliyyat zamanı küllü miqdarda qurudulmuş marixuana aşkar edilərək dövriyyədən çıxarılıb.

Milli.Az report-a itinadən bildirir ki, hadisə rayonun Musalı kəndində qeydə alınıb.
Saatlı rayon polis əməkdaşlarının adıçəkilən kənddə apardıqları əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin əkilib becərilməsi ilə məşğul olan Məhəddin Abasqulu oğlu Həsənov şübhəli şəxs qismində saxlanılıb. Onun evinə baxış keçirilən zaman oradan ümumi çəkisi 564 qram olan 29 bükümdə qurudulmuş marixuana aşkar edilib.
Məlum olub ki, Məhəddin Həsənov narkotik vasitəni bu ilin may ayında elə öz həyətindəki kartof bitkilərinin arasında əkərək becərib. Həmin narkotik tərkibli bitkilərdən isə qurudulmuş marixuana əldə edib.
Saxlanılan şəxs əməllərini etiraf edib.
Hazırda faktla bağlı Saatlı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, Məhəddin Həsənov əvvələr də narkotik vasitə əkib-becərməyə görə məhkumluq həyatı yaşayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Kartof sahəsində narkotik becərən şəxs saxlanılıb

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.