Ölkə

Azərbaycanda dini TV açılmalıdırmı?

27 Sentyabr 2016 17:45
Baxış: 927
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dini telekanal açmaq bir müvəffəqiyyətdirsə, onu lazımi şəkildə təqdim eləmək ikinci uğurla yanaşı, həm də böyük problemdir.

Milli.Az bildirir ki, bunu aznews.az-a açıqlamasında İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, millət vəkili Nizami Cəfərov Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam hacı Allahşükür Paşazadənin Azərbaycanda dini televiziyanın yaradılması təklifinə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, Azərbaycanda dini televiziyanın açılması təklifi müsbət haldır: 

"Amma həmin telekanalın veriliş və proqram siyasəti üzərində, əlbəttə ki, ciddi düşünülməlidir. Çünki din böyük mədəniyyət, mənəviyyat hadisəsidir. Heç bir xalq, heç bir insan dininə laqeyd qala bilməz. Amma eyni zamanda onu da bilirik ki, bu gün dindən su-istifadənin çoxlu texnologiyaları var. Bu, diqqətçəkən işdir. Onun proqram siyasəti üzrə mütəxəsisslər olmalıdır".

Televiziya eksperti Zeynal Məmmədli isə açılacaq telekanalın dövlətdən maliyyələşməsinin əleyhinə olduğunu deyib:

"Dini telekanala tələbat varsa, mən bunun yaradılmasında problem görmürəm. Amma əgər bu, dövlət büdcəsi hesabına olacaqsa, mən əlehinəyəm. Onsuz da, bizdə dövlətdən maliyyələşən kanallar var. Yox əgər bu, dindarların öz vəsaitləri hesabına olan bir kanal olacaqsa, onlar sərbəstdir. Televiziyanın məzmunu isə çox güman ki, qanuni tələblərə söykənəcək. Yəni, buna artıq dindarın özü qərar verəcək. Bir də əsas məsələ orada peşəkar kadrların olmasıdır. Həmin televiziya cəmiyyətin nüfuzunu qazanacaqsa, niyə də olmasın!?"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.