Ölkə

"Silk Way Helicopter Services" və "Vertolyotı Rossii" Azərbaycanda birgə servis mərkəzi yaratmaq niyyətindədirlər - FOTO

27 Sentyabr 2016 14:04
Baxış: 678
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 27-də ADEX 2016 Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində "Silk Way Helicopter Services" (SWHS MMC) kommersiya helikopter şirkəti və Rusiyanın vertolyot holdinqi "Vertolyotı Rossii" niyyət sazişi imzalayıblar.

"Silk Way Helicopter Services" şirkətinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, sənədi "Silk Way Helicopter Services" şirkətinin baş direktoru Azər Sultanov və "Vertolyotı Rossii" SC-nin baş direktorunun müavini İqor Çeçikov imzalayıblar.

Sazişə əsasən, Azərbaycanda vertolyotlara, o cümlədən Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının balansında olan vertolyotlara texniki xidmət və əsaslı təmiri üzrə servis mərkəzi yaradılacaq.

"Silk Way Helicopter Services" şirkəti Azərbaycanın ən müasir aviasiya müəssisələrindən biridir. Aviaşirkətin vertolyotları hər il 50 mindən artıq sərnişin daşıyır. Hazırda şirkətin Zabrat aeroportunda yerləşən hava gəmiləri parkına Sikorsky S-92A, Leonardo Helicopters AW139, Airbus Helicopters AS-332L1, Airbus Helicopters EC-155B1, Ми-8МТВ-1, Ми-8АМТ,¸ həmçinin Cessna 172S tipli təyyarələr daxildir.

"Vertolyotı Rossii" - Rusiyada vertolyotların yeganə istehsalçısı, eləcə də dünyada müasir mülki və hərbi vertolyotların layihələndirilməsi, istehsalı, sınağı və texniki xidmət imkanlarına malik azsaylı şirkətlərdən biridir. "Rusiya vertolyotları" holdinqi Rostex Dövlət Korporasiyasının strukturuna daxildir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.