Ölkə

Azərbaycanda dini televiziyanın yaradılması təklif olunur

27 Sentyabr 2016 11:46
Baxış: 1 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda dini televiziyanın yaradılması təklif olunur.

Milli.Az APA-ya istinadən bildirir ki, bu təklifi Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam hacı Allahşükür Paşazadə irəli sürüb.

Şeyxülislam qeyd edib ki, bu barədə ölkə başçısı ilə də söhbəti olub: "Cənab prezident bu praktikanın mövcud olduğu ölkələrlə də maraqlandı. Mən də Avropada və digər ölkələrdə belə nümunələrin olduğunu dedim. İnşallah, bizdə də bu televiziyanın açılması yaxşı nəticə verər. Bəzən mətbuatda nabələd halda dini mövzulara toxunulur. Amma vahid dini televiziya olduğu təqdirdə bu işin peşəkarlar tərəfindən görülməsinə nail olacağıq".
 
QMİ sədri jurnalistlər üçün dini kursların açılmasını də təklif etdiyini deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.