Ölkə

Geyimə görə toyundan imtina etdiyi deyilən gəlin DANIŞDI - YENİLƏNİB - VİDEO - FOTO

27 Sentyabr 2016 15:35
30 Şərh     Baxış: 16 994
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:35

Ötən gün toyları olan "Ümid Yeri" Uşaq Sığınacağı Xeyriyyə Cəmiyyətinin sakinləri Elşən Əfsanə Abduləliyevlər mətbuatda barələrində yazılanlarla bağlı ölkə.az-a açıqlama veriblər.

E.Abduləliyev bildirib ki, həyat yoldaşı dükanların birində geyimi bəyənmədiyi üçün başqa dükana müraciət etməli olublar:

"Burada şişirdiləsi bir şey yox idi. Sadəcə, geyimi bəyənmədi, digər dükana keçdik. Hazırda çox xoşbəxtik, hər şey də qaydasındadır. Rasim Məmmədov adlı QHT rəhbəri bizi bir aylıq evlə təmin edib. Hələ ki işsizəm. Amma sürücü kimi işə başlayacağam. Elza Seyidcahan, Niyaməddin Musayev, Gülyaz-Gülyanaq Məmmədovalar, skripkaçı Səlim Abbasov və digər tanınmış sənət adamları toyumuzda iştirak elədilər. Onlara da sizin vasitənizlə təşəkkürümü bildirirəm".

Geyimə görə toyuna gəlməkdən imtina etdiyi deyilən Əfsanə Abduləliyeva isə əməkdaşımızla söhbətində bunları deyib:

"Mənə də çox maraqlıdır ki, bu xəbəri hansı əsasla yazıblar. Geyimə görə toydan imtina etmək ağılsızlıq olardı. Sadəcə, dükanın birindən paltarı bəyənmədik, digər dükana keçdik".

Xatırladaq ki, mətbuat geyimi bəyənmədiyinə görə Əfsanə Abduləliyevanın toya gəlməkdən imtina etdiyini yazırdı.

----------

13:15

Ötən gün millət vəkili Qənirə Paşayevanın himayəsi ilə baş tutan toy mərasimində insident yaşandığı barədə məlumat yayılıb.
 
Axar.az xəbər verir ki, Q.Paşayevanın öz evindən gəlin köçürdüyü, "Ümid yeri" valideyn himayəsindən məhrum uşaqlar üçün sığınacaqda böyüyən Əfsanə toyuna getməkdən imtina edib. Səbəb kimi isə gəlinlik paltarını və ayaqqabısını bəyənmədiyini göstərib.
 
Cəbhə.info-nun yaydığı videoda tanınmış sənətçilərin toya yığışdığı, ancaq gəlinin hələ gəlib çıxmadığı haqda danışıqlar da gedir. Hətta iddiaya görə, toy baş tutmayıb.
 
Hətta gəlinin vizajisti Ülkər Həsənli də sosial şəbəkədə bu gün yaydığı statusunda olaya münasibət bildirib. O yazıb ki, dünən bu gəlini mən bəzəyib yola saldım, gəlinliyi, ayaqqabını özü seçdiyi halda toy günü fikrini dəyişib, 2000 minlik gəlinlik gördüyünü və onu istədiyini deyirdi: "Allah hərənin alnına bir qismət yazır. Onun sığınacaqda böyüməsi onun taleyinə yazılıb. Günahkarı nə mən, nə gəlinlik butikinin sahibəsi və ya ona himayəlik edib, toy edib, ailə sahibi etməyə çalışanlar deyil. Məncə, insan ən azından sağ ol deməyi bacarmalıdır. Bunlar - qız da, nişanlısı da elə davranırdılar ki, sanki hər kəsin bunlara borcu var, sanki bütün cəmiyyət onların belə durumda yaşadıqlarına görə günahkardır".
 
Maraqlıdır ki, gəlinin toya gəlmədiyini əks etdirən videonun toy mərasiminin keçirildiyi zaldan deyil, hansısa otaqdan çəkildiyi görünür. Halbuki Q.Paşayevanın öz evindən gəlini xüsusi mərasimlə şadlıq sarayına yola saldığı görünür.
 
Toyun təşkilatçısı, "Ümid yeri" Uşaq Sığınacağının rəhbəri Nigar Mənsimova Axar.az-a açıqlamasında yayılan bu xəbəri qətiyyətlə təkziblədi: "Toy çox yüksək səviyyədə keçdi, ölkənin tanınmış simaları, müğənnilərin iştirakı yüksək səviyyədə keçən bir mərasimə belə kölgə salmağı qətiyyətlə pisləyirəm. Qeyri-peşəkar jurnalistlərin bu gənclərin xoşbəxtliyinə mane olmaq cəhdi insafsızlıqdır. Toydakı atəşfəşanlıq bütün Buzovna rayonunda görünürdü. Belə mərasimə necə kölgə salmaq, necə belə xəbər yaymaq olar?" 
 
Qeyd edək ki, yayılan videoda musiqiçilərin zarafat etdiyi də hiss olunur.

-----------

09:44

"Umid Yeri" Uşaq Sığınacağı Xeyriyyə Cəmiyyətində qəribə hadisə baş verib. Belə ki, sığınacaqda yaşayan bir qıza toy etmək istəsələr də bu toy baş tutmayıb. Yəni gəlin öz toyuna gəlməkdən imtina edib.

Bu hadisə toya gələnlərdə rişxənd və ironiya ilə qarşılanıb. Əvvəlcədən sosial şəbəkə vasitəsilə toyla bağlı təbliğat aparılıb, gənclərə yardm edilməsi üçün qüvvələr səfərbər edilib. Lakin sonda qızın bu addımı atmasının səbəbinə gəlincə, məlum olub ki, qız onun üçün seçilən gəlinlik paltarını və ayaqqabıları bəyənməyib. 
 
Toya tanınmış sənət adamları, o cümlədən əməkdar artistlər də gəliblər. Gəlinə zəng vurub deyiblər ki, ölkənin tanınmış əməkdar artistləri və məşhur müğənniləri toyda onu gözləyirlər. 
 
Gəlin də cavabında: "Mənə maraqlı deyil ki, orada kimlər gözləyir. Mənə maraqlı o idi ki, mənim gəlinliyim qəşəng deyil", - deyib.
 
Milli.Az bildirir ki, cebhe.info-nun əməkdaşı "Umid Yeri" Uşaq Sığınacağı Xeyriyyə Cəmiyyətinə zəng vurub bəzi məlumatları dəqiqləşdirmək istəsə də, Natiq adlı şəxs məsələdən xəbərsiz olduğunu deyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda gəlin öz toyuna gəlmədi - Gəlinliyi bəyənmədiyi üçün

Deputatın evindən gəlin köçdü...

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.