Ölkə

Qaxda yaşı 100-dən yuxarı olan iki seçici səsvermədə iştirak edib - FOTO

26 Sentyabr 2016 17:31
Baxış: 458
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Konstitusiyasına dəyişikliklər üzrə ümumxalq səsverməsi Qax rayonunda seçici fəallığı ilə müşahidə olunur.

Milli.Az report-a istinadən bildirir ki, 112 saylı Qax Dairə Seçki Komissiyasında (DSK) 42 080 nəfər qeydiyyata alınan seçicilərdən 14 350 nəfər saat 12:00-a qədər  səsvermədə iştirak edib.

Bu da DSK üzrə seçicilərin ümumi sayının 34.1 faizini təşkil edir. Seçicilərin səsvermə hüququndan istifadə edə bilmələri üçün məntəqələrdə lazımi şərait yaradılıb.
112 saylı Qax DSK-nın sədri Abdukərim Əliyevin "Report"un əməkdaşına verdiyi məlumata görə, 942 nəfər seçici ilk dəfə olaraq səsvermə hüququndan istifadə edir. Dairə üzrə yaşı 100-dən çox olan iki seçici var ki, artıq onlardan biri səhər saatlarından etibarən seçki məntəqəsinə gələrək səsvermədə iştirak edib. DSK sədri bildirib ki, 8 məntəqədə veb-kamera quraşdırılıb. 
Seçki prosesini 590 yerli müşahidəçi izləyir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.