Ölkə

Nazirdən MANAT AÇIQLAMASI: "Manat nəinki ucuzlaşacaq..." - YENİLƏNİB

26 Sentyabr 2016 13:20
Baxış: 4 413
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq, manatın məzənnəsi məsələsi də öz həlli yolunu tapacaq.

13:20

Trend-in məlumatına görə, bunu jurnalistlərə maliyyə naziri Samir Şərifov deyib.

S.Şərifov qeyd edib ki, bu gün Azərbaycan Mərkəzi Bankı bu prosesi yaxından izləyir, lazım gəldikdə müdaxilələr edir: "Bunun üçün, ilk növbədə, ölkəyə valyutada daxilolmaları və ölkədən xaricə ödənişlər, yəni ölkədən çıxan valyutanın həcmi arasında tarazlıq baş verməlidir. Bu tarazlıq baş verdikdə isə hesab edirəm ki, manat öz ədalətli məzənnəsini tapacaq".

Nazir əlavə edib ki, hazırda ölkəyə valyuta daxilolmaları bir qədər azalıb: "Buna baxmayaraq manatın məzənnəsinin ədalətli məcraya salınması yolunda işlər görülür. Bu proses bir neçə faktordan asılıdır. Əsas ixrac məhsulumuz olan neftin qiymətinin yüksək olması manatın məzənnəsinə müsbət təsir göstərəcək, yəni manat möhkəmlənəcək. Əksinə olduqda isə şübhəsiz ki, manatın ucuzlaşmasına təzyiq göstərəcək. Bu gün biz çalışmalıyıq ki, idxal əməliyyatlarımız azalsın, yəni biz daha çox öz məhsullarımızdan istifadə edək. Prezident İlham Əliyev tərəfindən bu vəzifə - əvəzedici istehsalın yaradılması - iqtisadi qurumlar qarşısında ən vacib vəzifələrdən biri kimi qoyulub. Bu bir tərəfdən bizim idxaldan asılılığımızı azaldacaq, digər tərəfdən isə ölkədən xaricə valyutanın çıxmamasına şərait yaradacaq. Biz çalışmalıyıq ki, ölkəyə daha çox valyuta daxil olsun".

S.Şərifovun sözlərinə görə, məlum məsələdir ki, neft bizim ənənəvi ixrac məhsulumuz olaraq qalacaq: "Bununla yanaşı, biz çalışmalıyıq ki, ixrac məhsullarımızı daha geniş şəkildə xarici bazarlara çıxaraq. Beləliklə, bu iki məsələ tədricən həll olunduqca manat nəinki ucuzlaşacaq, gələcəkdə bir qədər möhkəmlənməsi də əsaslıdır".

----------

12:13

"Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Şübhəsiz ki, bazar iqtisadiyyatı prinsiplərinə uyğun manatın məzənnəsi öz yerini tapacaq. Bu gün Mərkəzi Bank bu prosesi yaxından izləyir, lazım gəldikdə müdaxilələr edir".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.
 
Nazirin sözlərinə görə, manatın fundamental məzənnəsinin tapılması üçün ölkəyə daxilolmalar və çıxarılan vəsait arasında tarazlıq olmalıdır: "Bu tarazlıq baş verdikdə manat öz ədalətli məzənnəsini tapacaq. Hal-hazırda ölkəyə valyuta daxilolmaları bir qədər azalıb. Buna baxmayaraq, Mərkəzi Bank nəticəsində keçirilən iki devalvasiya nəticəsində manatın məzənnəsinin ədalətli məcraya yönəltmək istiqamətində işlər görmək mümkün olub.

Bu proses bir neçə faktordan asılıdır. Bizim əsas ixrac məhsulumuz olan neftin qiyməti manatın məzənnəsinə təsir edir. Biz çalışmalıyıq ki, idxal əməliyyatlarımız azalsın. Digər tərəfdən biz ölkəyə daha çox valyutanın daxil olmasına çalışmalıyıq. Bizim ənənəvi ixrac məhsulumuz olan neftlə yanaşı, yeni rəqabətqabiliyyətli məhsulların xarici bazarlara çıxarılmasına çalışmalıyıq. Bu vəzifələr tədricən həll olunduqca, manat nəinki ədalətli məzənnəsini tapacaq, hətta möhkəmlənəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.