Ölkə

38 saylı seçki məntəqəsinin sədri: "Seçici fəallığı hiss olunur"

26 Sentyabr 2016 12:00
Baxış: 1 217
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında 2 seçki məntəqəsi fəaliyyət göstərir.

Milli.Az Trend-ə istinadən bildirir ki, 28 saylı 3-cü Sabunçu Dairə Seçki Komissiyasının 37 və 38 saylı seçki məntəqələrində məhkumlar səs verirlər.

38 saylı seçki məntəqəsinin sədri Oruc Əliyev bildirib ki, təcridxanadakı məntəqələrdə seçki səhər saat 8:00-da başlayıb. Məhkumlar normal qaydada səs verirlər. Səsvermə könüllülük qaydasında həyata keçirilir və seçici fəallığı hiss olunur.

Məntəqə sədri bildirib ki, təcridxananın tibb hissəsində müalicə olunan məhkumların səsverməsi üçün səyyar seçki qutuları yaradılıb və həmin qutular məntəqə seçki komissiyasının əməkdaşları vasitəsilə tibb sanitar hissəsinə aparılaraq orada müalicə olunan məhkumların səs verməsini təmin edir.

Hər məntəqədə 6 seçici kabinəsi yaradılıb.

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.