Ölkə

Nazirlər səs verdilər - YENİLƏNİB - FOTO

26 Sentyabr 2016 12:10
Baxış: 4 201
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:10

Azərbaycanın dövlət və hökumət nümayındələri referendumda səs veriblər.

APA-nın məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyev 20 saylı Nərimanov II Seçki Dairəsinin 13 saylı seçki məntəqəsində səs verib.

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə də eyni məntəqədə səsvermə hüququndan istifadə edib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov da səsvermədə iştirak edib.

Nazir 17 saylı Yasamal III Seçki Dairəsinin 1 saylı seçki məntəqəsində səs verib.

Maliyyə naziri Samir Şərifov isə 36 saylı Xətai IV Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

---------

11:01

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyev səsvermədə iştirak edib.

Milli.Az APA-ya istinadən bildirir ki, DTX rəisi 20 saylı Nərimanov II Seçki Dairəsinin 13 saylı seçki məntəqəsində səs verib.
 
Rabitə və informasiya texnologiyaları naziri Ramin Quluzadə də eyni məntəqədə səsvermə hüququndan istifadə edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.