Ölkə

16 saylı Yasamal II seçki dairəsinin 10 məntəqəsində veb-kamera quraşdırılıb

26 Sentyabr 2016 10:27
Baxış: 1 230
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 26-da 16 saylı Yasamal II seçki dairəsi dairə seçki komissiyasının tərkibinə daxil olan seçki məntəqələrində Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) başlayıb.

Milli.Az xəbər verir ki, 16 saylı Yasamal II seçki dairəsi dairə seçki komissiyasının sədri Sədaqət Seyidzadə AZƏRTAC-a bildirib ki, dairənin 29 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Seçkilərə beş gün qalmış N saylı hərbi hissədə də bir seçki məntəqəsi yaradılıb. Dairənin 10 məntəqəsində veb-kamera quraşdırılıb.

Sədr, həmçinin qeyd edib ki, dairənin tərkibində xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizdə yaradılmış 12 seçki məntəqəsi var.

Dairə üzrə ümumilikdə 30 məntəqədə 38 min 399 seçici qeydə alınıb ki, bunlardan 420-si ilk dəfə səs verənlərdir. Xaricdə fəaliyyət göstərən 12 məntəqədə isə 3822 seçici qeydə alınıb.

Mərkəzi Seçki Komissiyası tərəfindən bütün məntəqələr zəruri avadanlıqla təmin olunub və tam hazır vəziyyətə gətirilib.

Seçkilərin gedişini yerli və xarici müşahidəçilər izləyirlər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.