Ölkə

Lənkəran sakinləri səsvermədə fəallıq nümayiş etdirirlər - YENİLƏNİB - FOTO

26 Sentyabr 2016 12:35
Baxış: 3 070

12:35

Azərbaycan Konstitusiyasına dəyişikliklər üzrə ümumxalq səsverməsi Lənkəranda seçici fəallığı ilə müşahidə olunur. Report-un məlumatına görə, rayon ərazisində 73 saylı Lənkəran şəhər, 74 saylı Lənkəran kənd, 75 saylı Lənkəran-Masalı və 76 saylı Lənkəran - Astara Dairə Seçki Komissiyaları (DSK) fəaliyyət göstərir.

73 saylı Lənkəran şəhər DSK üzrə seçicilərin ümumi sayı 35 315 nəfər təşkil edir. Bu dairə üzrə 28 məntəqə yaradılıb. Məntəqələrin 12-də veb-kameralar qurulub. Seçicilərin səsvermə hüququndan istifadə edə bilmələri üçün məntəqələrdə lazımi şərait yaradılıb. 

73 saylı Lənkəran şəhər DSK-nın sədri Kərim Heydərov report-un əməkdaşına bildirib ki, səsvermədə 577 nəfər seçici ilk dəfə olaraq səsvermə hüququndan istifadə edəcək: "Seçicilərin 51%-ni qadınlar, 49%-ni kişilər təşkil edir. Dairə üzrə Beynəlxalq müşahidəçilər qeydə alınmayıb. "Rəy" Monitorinq Mərkəzi 7 məntəqədə, "Vətəndaş Cəmiyyəti Uğrunda" təşkilatı 1 məntəqədə exitpol həyata keçirir. Saat 12-yə olan son məlumata görə, 28.15 faiz seçici səsvermədə iştirak edib".

34 748 nəfər seçicisi olan 74 saylı Lənkəran kənd DSK sədri Əlövsət Rufiyev 8 məntəqədə exsitpol keçirildiyini bildirib: "Dairə üzrə 120 nəfərin təşviqat qrupları tərəfindən, 310 nəfərinsə öz təşəbbüsü ilə ümumxalq səsverməsində müşahidəçi qismində iştirak edir. Referendumda səsvermə hüququ olan vətəndaşların iştirakını internet üzərindən müşühidə etmək üçün 39 məntəqənin 5-də veb-kameralar quraşdırılıb. Saat 12-yə olan son məlumata görə, dairə üzrə  33.14 faiz seçici səsvermədə iştirak edib".

-----------

10:11

Lənkəran şəhərində 18 yaşı tamam olmuş 580 nəfər ilk dəfə səs verəcək.

Milli.Az bildirir ki, 73 saylı Lənkəran şəhər Dairə Seçki Komissiyasının sədri Kərim Heydərov APA-ya deyib ki, dairə üzrə 28 seçki məntəqəsi fəaliyyət göstərir. Səs verəcək vətəndaşların sayı 35315 nəfərdir. 12 məntəqədə veb-kamera quraşdırılıb. Dairə üzrə 234 müşahidəçi qeydə alınıb. 7 məntəqədə "Rəy" monitorinq qrupu və "Vətəndaş Cəmiyyəti Uğrunda" təşkilatı "exit-poll" keçirir.
 
APA-nın əməkdaşının müşahidə apardığı 8 saylı məntəqədə seçici aktivliyi müşahidə olunur. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.