Ölkə

35 saylı Xətai III seçki dairəsinin iki məntəqəsində seçki başlayıb - YENİLƏNİB - FOTO

26 Sentyabr 2016 10:24
Baxış: 1 174
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:24

Xətai rayonunda seçicilərin səsverməsi üçün məntəqələr sentyabrın 26-da tam tərkibdə və vaxtında fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, rayonun ərazisində dörd seçki dairəsi (33 saylı Xətai birinci, 34 saylı Xətai ikinci, 35 saylı Xətai üçüncü, 36 saylı Xətai dördüncü) və 138 məntəqə fəaliyyət göstərir. Ümumilikdə 262 mindən çox əhalisi olan Xətai rayonunda məntəqələr üzrə 172 mindən çox səsvermə hüququna malik vətəndaş qeydiyyata alınıb.

Səsvermə prosesinin beynəlxalq standartlara uyğun keçirilməsi üçün seçki məntəqələrində bütün şərait yaradılıb. Müşahidələrimiz göstərdi ki, daimi seçki məntəqələri və yaradılan əlavə məntəqələr zəruri avadanlıqlarla və texniki vasitələrlə təchiz olunub.

Seçkilərin aşkarlıq və demokratik keçməsi, internet üzərindən səsvermə prosesini canlı izləmək üçün dörd dairənin ərazisindəki 40 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Məntəqələrin veb-kameralarla təmin olunması səsvermənin şəffaf keçməsindən xəbər verir. Seçicilərin rahat şəraitdə səs verməsi üçün lazım olan bütün işlər həyata keçirilib.

Seçicilər səhər saatlarından məntəqələrə üz tutur, ümumxalq səsverməsi (referendum) ilə əlaqədar onlara təqdim olunan səsvermə bülletenlərində səs verirlər.

Məntəqələrdə səsvermənin gedişini yerli və beynəlxalq müşahidəçilər, QHT nümayəndələri və KİV təmsilçiləri izləyirlər.

----------

09:28

35 saylı Xətai III s­eçki dairəsinin 6 sa­ylı məntəqəsinin seçi­ci siyahısında 1091 n­əfər, eyni seçki dair­əsinin 4 saylı seçki­ məntəqəsində isə 1150 nəfərin adı var.

Milli.Az report-a istinadən bildirir ki, seçki məntəqəsində­ səsvermə başlayandan­ ilk yarım saat ərzind­ə təxminən 15 nəfər s­əs verib.

Burada yerli müşahidəçilərdən bir neçə nəfər qeydiyyatdan keçib.

Xatırladaq ki, hər ik­i seçki məntəqəsi Xət­ai Rayonu General Meh­mandarov küçəsi 86-da­ yerləşən 24 saylı or­ta məktəbin binasında­ yerləşir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.