Ölkə

Bürclərin sürüşməsi - "NASA-dan dedilər ki, başlarını daşa döyürlər"

9 Sentyabr 2016 10:15
13 Şərh     Baxış: 4 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astroloq Səbuhi Rəhimli NASA-nın (ABŞ-ın Aeronavtika və kosmik tədqiqatlar üzrə Milli Administrasiyası) adından bürclərin yerini dəyişməsi və onların sayının 13 olması ilə bağlı bəzi KİV-lərdə yayılan məlumatların cəfəngiyyat olduğunu bildirib.

Onun sözlərinə görə, media NASA ilə astroloqların arasını vurmaq üçün o cür ciddi elmi mərkəzin adından ortaya tez-tez cəfəng fikirlər atır.

S.Rəhimli həmçinin qeyd edib ki, NASA-da olan dostları ilə telefon əlaqəsi saxlayıb. Onlar isə belə deyiblər: "Bürclərin sürüşməsi ilə bağlı adımızdan danışanlar başlarını daşa döyürlər. Nə 21 dekabr 2012-ci ildə dünyanın sonu olacağı, nə 2015-ci ilin noyabrında 8 gün qaranlıq olacağı, nə də "Allahın iqamətgahı" kimi cəfəngiyyatlar barədə söylənilənlərin bizimlə əlaqəsi yoxdur".

NASA-dakı alimlər həmçinin əlavə ediblər ki, bir bürcün 1 dərəcə (təxminən 1 gün) sürüşməsi üçün 8400 il lazımdır.

Qeyd edək ki, daha öncə S.Rəhimli "Facebook" profilində belə bir fikir yazmışdı: 

"Görəsən, 2004-cü ildə tamamilə iflasa uğrayan "bürclərin sürüşməsi" mövzusu bu gün nədən yenidən gündəmə gəlib? Oxucuların yaddaşı silinməyib axı - yəni, bütün dünya mediasının gündəmini tutan o xəbəri heç kim xatırlamır? 2000-ci ildə ABA kanalında astrofiziklərimiz bu barədə sual verəndə yetərli cavab da vermişdim. İndi mən deyirəm, Günəş Qız bürcündədir, hansısa astrofizikin hünəri çatırsa, təkzib etsin.

1989-cu ildə ortaya atılan bu primitiv fikir zaman-zaman təkzib olundu, 2004-cü ildə isə alman alimləri nöqtəni qoydular..."

Astroloq həmçinin qeyd etmişdi ki, əslində bürclərin sayı 88-dir, sadəcə olaraq, Günəş onların 12-sindən keçir.

Pünhan Mirzə

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.