Ölkə

Evi yanan gəlin: "Diplomumu almaq üçün kömək edin" - FOTO

5 Sentyabr 2016 14:32
1 Şərh     Baxış: 9 074

Bakı şəhəri, Yasamal rayonu, 14-cü Nərimanov döngəsi, ev 4-də yaşayan Quliyeva Bənövşə Şirzad qızı Milli.Az-a müraciət edərək bildirib ki, ailəsinin başına gələn faciədən sonra qarşılaşdıqları maddi sıxıntı üzündən təhsil haqqını ödəyə bilmədiyinə görə sonuncu kursunu bitdirdiyi Azərbaycan Dövlət Pedaqoji Kollecinin diplomunu ala bilmir.

Ailəli olduğunu və bir övladının olduğunu qeyd edən Bənövşə Quliyeva bu il adıçəkilən Kollecin 4-cü kursunu bitirib.

Onun sözlərinə görə, 2016-cı il martın 16-da yaşadığı ünvanda qazın düzgün verilməməsi ucbatından yanğın baş verib. Nəticədə qayınatasının anası, 74 yaşlı Quliyeva Səriyyə Kərim qızı həlak olub, mənzillə yanaşı içərisində olan bütün əşyalar yanaraq kül olub. Qayınatası Quliyev Hacıağa anasını xilas etməyə çalışarkən 3-4-cü dərəcli yanıq xəsarətləri alıb. İndi ailəsi ilə birgə zirzəmiyə sığınan B.Quliyeva heç bir yerdən yardım almadıqlarını və maddi imkansızlıq üzündən təhsil haqqını da ödəyə bilmədiklərini deyir:

"Mən Azərbaycan Dövlət Pedaqoji Kollecinin 4-cü kurs tələbəsiyəm. İllik təhsil haqqım 600 (altı yüz) manatı ödəmədiyimə görə məni diplom imtahanına buraxmırdılar. Kollecin rektoru Qulu Novruzovun tapşırığı ilə ödənişin vaxtını uzatmaqla mənə kömək edildi və mən də uğurla imtahanları verdim. Ödənişin vaxtında etməməyimin səbəbi hamiləik dövrünmün çox ağır olması ilə bağlıdır. Uşağı dünyaya gətirərkən həm özüm, həm də körpəm ölümlə üzləşmişik. İndiyədək uşağı müalicə etsək də, öz müalicəmə imkanımız çatmır".



B.Quliyevin sözlərinə görə, tam köməksiz, bərbad vəziyyətdə qalan ailə yardım üçün Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etsə də, rayon rəhbərliyi tərəfindən heç bir köməklik göstərilməyib.

Tələbə olduğu müddətdə bir sıra xeyriyyə aksiyalarında iştirak etsə də, indi özünün və ailəsinin vəziyyətinin çətin olduğunu deyən gəlin ona cəmi 600 manatlıq təhsil haqqının ödənilməsində yardım edilməsini istəyir. Belə ki, əgər təhsil haqqını sentyabrın 15-dək ödəyə bilməsə, növbəti ilə qalacaq, üstəlik gələn il də bir o qədər əlavə pul ödəməli olacaq.

İlkin İzzət
Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    iza · 5 Sentyabr 2016 15:1800

    Yaziq gelin bilmir,diplom hayina qalsin,yoxsa yasamaq ucun zeruri olan serait hayina.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.