Ölkə

Referendumla əlaqədar qeydiyyata alınan müşahidəçilərin sayı AÇIQLANDI

31 Avqust 2016 17:36
Baxış: 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, iclasda MSK-nın 27 avqust 2016-cı il tarixli iclas protokolu müzakirə edilib. Protokol yekdilliklə qəbul edilib.

İclasda ölkə hüdudlarından kənarda səs verən seçicilərin seçici siyahılarına alınması məqsədilə müvafiq seçki dairələrinin müəyyən edilməsi müzakirə edilib. Qərar qəbul edilib.

MSK sədri Məzahir Pənahov qeyd edib ki, referendumun keçirilməsi ilə bağlı Komissiya tərəfindən tədbirlər davam edir. Artıq MSK tərəfindən ölkədə 161 müşahidəçi qeydiyyata alınıb. Onlardan 6-sı MDB Parlament Assambleyası Şurasının katibliyini təmsil edir.

İndiyə qədər Dairə Seçki komissiyalarında müşahidə aparmaq üçün 7503 nəfər qeydiyyata alınıb.

MSK sədrinin sözlərinə görə, müşahidə aparmaq hüququ olan hər hansı müşahidəçi üçün problem yaradılmamalıdır: "Sabahdan Seçki dairələri üzrə MSK-nın təlimlərinə başlanacaq. Sonuncu tədbirimiz Penitensiar Xidmətlə birgə olacaq".

M.Pənahov bildirib ki, təşviqat qrupları ilə əlaqələri gücləndirmək lazımdır. Onun sözlərinə görə, səsverməyə 15-20 gün qalmış bülletenlərin paylanması başa çatmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.