Ölkə

Səhiyyə Nazirliyindən PUL AÇIQLAMASI

31 Avqust 2016 17:06
0 Şərh     Baxış: 1 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi bu səhiyyə qurumunun kardiologiya şöbəsinin baş tibb bacısının xəstənin yaxınlarından pul tələb etməsi iddiasına münasibət bildirib.

Milli.Az bildirir ki, mərkəzdən report-un sorğusuna cavab olaraq qeyd olunub ki, şikayətçinin iddia etdiyi hadisə 6-7 ay bundan əvvəl olub: "Həmin şəxsə onlardan rüşvət alınmadığı bildirilib. Əgər yenə də hansısa narazılığı varsa, o zaman aidiyyəti qurumlara müraciət edə bilərlər. Çünki bu, onun vətəndaşlıq hüququdur".

Səhiyyə Nazirliyi də öz növbəsində şikayətçinin məhkəməyə müraciət etməsini tövsiyə edib.

Qeyd edək ki, övladını adıçəkilən mərkəzdə ürəyindən əməliyyat etdirən Amil Hüseynov əməliyyatdan sonra şöbənin baş tibb bacısı Sevil Abışovanın onlardan dəfələrlə pul istədiyi barədə mətbuatda çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.