Ölkə

Qadın pilotumuzun ölüm səbəbi bilindi - YENİLƏNİB - FOTO

31 Avqust 2016 15:26
31 Şərh     Baxış: 26 389
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:26

Avqustun 30-da hamiləliyinin 36-cı həftəsində dünyasını dəyişən 1986-cı il təvəllüdlü Babayeva Dilarə Aydın qızı hamiləlik müddətində Səhiyyə Nazirliyinin tabeliyində olan dövlət tibb müəssisələrində hamilə qadın kimi qeydiyyata alınmayıb.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova bildirib.

D.Babayevanın Dövlət Sərhəd Xidmətinin hospitalında ginekoloq müayinələrindən keçdiyini bildirən baş mama-ginekoloqun sözlərinə görə, bu səbəbdən qadının hamiləliyinin necə keçdiyi, hamiləlik zamanı hər hansı patologiyanın olub-olmaması barədə fikir yürüdə bilməzlər: "Yaxınlarının bildirdiyinə görə, ölüm qarpızdan zəhərlənmədən olub. Meyit artıq təşrih olunub. 24 saat ərzində materiallar Doğuşayardım Komissiyasına təqdim olunmalıdır. Materiallar komissiyaya təqdim olunduqdan sonra bizdə həmin qadının hamiləlik dövrü ilə bağlı bütün məlumatlar olacaq. Qısa müddət ərzində işə baxılıb müvafiq rəy veriləcək".

S.Məmmədova bunun D.Babayevanın ilk hamiləliyi olduğunu da söyləyib.

Qeyd edək ki, Babayeva Dilarə Aydın qızı 1 saylı şəhər xəstəxanasında vəfat edib.

----------

14:29

Dünən vəfat edən hamilə qadın pilot imiş.

Femida.az xəbər verir ki, kapitan rütbəli qadın pilotumuz 1986-cı il təvəllüdlü Dilarə Aydın qızı Babayeva dünən vəfat edib. Əldə etdiyimiz məlumata görə, o, uşaq dünyaya gətirməyə hazırlaşırmış. Səhhətində yaranan problemlərə görə dünyasını dəyişib. Dilarə Babayevanın hazırda Qubada dəfni həyata keçirilir.

----------

14:09

Səhiyyə Nazirliyi Bakıda hamilə qadının vəfat etməsinə münasibət bildirib.

Milli.Az bildirir ki, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova APA-ya deyib ki, ilkin versiyaya əsasən, 1986-cı il təvəllüdlü Babayeva Dilarə Aydın qızı qida zəhərlənməsindən vəfat edib. O qeyd edib ki, hadisə avqustun 30-da baş verib: "Yaxınlarının bildirdiyinə görə, ölüm qida zəhərlənməsindən, qarpızdan baş verib".
 
S. Məmmədova deyib ki, meyit artıq təşrih olunub: "24 saat ərzində materiallar Doğuşayardım Komissiyasına təqdim olunmalıdır. Materiallar komissiyaya təqdim olunduqdan sonra qısa müddət ərzində işə baxılıb, müvafiq rəy veriləcək".
 
Xatırladaq ki, 1986-cı il təvəllüdlü Babayeva Dilarə Aydın qızı 1 saylı şəhər xəstəxanasında vəfat edib. D. Babayeva ilə birlikdə bətnindəki 36 həftəlik körpəsi də ölüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.