Ölkə

Azərbaycanlı məşhurun həyat yoldaşı avtomobil qəzasının qurbanı oldu

31 Avqust 2016 12:01
13 Şərh     Baxış: 28 359
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir müddət öncə ağır yol qəzası keçirən əməkdar incəsənət xadimi Aydın Dadaşovunun ailəsində faciə baş verib.

Milli.Az publika.az-a istinadən bildirir ki, qəzada ayaqları zədələnən Aydın Dadaşov uzun müddət hərəkət qabiliyyətini itirib və gips çıxarıldıqdan sonra da ayaq üstə dura bilmirmiş. İxtisasca həkim həyat yoldaşı uzun çabadan sonra bu çətin anlarında onun müalicəsi ilə özü məşğul olmaqla Aydın Dadaşovun ayağa qalxmasına nail olur. Lakin gecə-gündüz Aydın müəllimin qayğısını çəkən həyat yoldaşı bunun səfasını çəkə bilmir... Çünki Aydın Dadaşov ilk ayağa qalxdığı gün həyat yoldaşını dəfn etməyə yollanır. Qəfil ölüm onları bir-birindən ayırır.
 
Dövlət Mükafatı laureatı, kinodramaturq, rejissor Aydın Dadaşov filologiya elmləri doktoru, professor və tanınmış ziyalılarımızdandır. Baş vermiş faciə ona böyük mənəvi zərbə olub. Həmişə müxtəlif dramaturji situasiyaları ustalıqla təhlil edən Aydın müəllim indi taleyin qəribə qisməti ilə üzləşdi.
 
Allah rəhmət eləsin!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.