Ölkə

Azərbaycanda həkimlərin sayı azalıb

30 Avqust 2016 10:33
6 Şərh     Baxış: 1 365
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda həkimlərin və orta tibb işçilərinin sayı azalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 2015-ci ildə Azərbaycanda 32 756, 2016-cı ilin əvvəlində isə 32 458 həkim olub.

Ölkədə əhalinin hər 10 000 nəfərinə düşən həkimlərin sayı 2013-cü ildə 35 nəfər, 2014-cü ildə 34,7 nəfər, 2015-ci ildə 34,6 nəfər, 2016-cı ilin əvvəlində isə 33,9 nəfər olub. Həkimlərin və orta tibb işçilərinin sayının azalması səhiyyə sistemində aparılan islahatlarla izah edilir.

Ölkədəki həkimlərin çoxu terapevtlərdir. Bu ilə olan məlumata görə, ölkədəki həkimlərin 8 212-i terapevt, 3 493-ü cərrah, 1 884-ü ginekoloq, 3 882-i pediatr, 2 641-i stomatoloq və diş həkimi, 1 309-u şüa diaqnostikası üzrə həkim, 900-ü oftalmoloq, 505-i otolarinqoloq, 986-sı nevropatoloq, 311-i psixiator, 91-i narkoloq və s.-dir.

Azərbaycanda həkimlərlə yanaşı, orta tibb işçilərinin də sayı azalır. 2015-ci ildə Azərbaycanda 56 148 orta tibb işçisi olduğu halda, 2016-cı ildə onların sayı 54 900-ə enib. 2015-ci ildə əhalinin hər 10 000 nəfərinə düşən orta tibb işçilərinin sayı 59,3 nəfər, 2016-cı ildə isə bu göstərici 57,3 olub.

2015-ci ildə tibb ixtisasları üzrə dövlət ali təhsil müəssisələri tərəfindən hazırlanmış mütəxəssislərin sayında da azalma müşahidə edilir. 2014-cü ildə tibb ixtisasları üzrə dövlət ali təhsil müəssisələri tərəfindən 1 141, 2015-ci ildə isə 934 mütəxəssis hazırlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.